AFFA, PFL və CBC Sport televiziya kanalının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “CBC Sport Kuboku”na yekun vurulub.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirin son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, həmçinin CBC Sport televiziya kanalının baş direktoru Volkan Ust kuboku “Neftçi”nin kapitanı Araz Abdullayevə təqdim ediblər.
