Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçından dərhal sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər.
Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.
