Kuareşma: “Əgər desəm ki…”
06.05.2019 , 18:18

“Beşiktaş” klubunun futbolçusu Rikardo Kuareşma “Qalatasaray” ilə oyundan sonra jurnalistlərə danışıb.
Portuqaliyalı oyunçu oyunla bağlı açıq şəkildə danışmaq istəmədiyini bildirib.
“Mən oyunla bağlı danışmaq istəmirəm. Əgər çox danışsam Türkiyə Futbol Federasiyası məni cəzalandıracaq.”
Qeyd edək ki, ötən gün “Qalatasaray” doğma meydanda “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edib.
