Türkiyə Super Liqasının V turu çərçivəsində “Beşiktaş” “Konyaspor”u öz meydanında məğlub edib – 2:0.
Uzun müddətdir oyun epizodunda qol vura bilməyən Rikardo Kuarejma sözü gedən matçda bu sindromu qırıb.
Portuqaliyalı vinqer qarşılaşmanın 66-cı dəqiqəsində vurduğu möhtəşəm qolla komandasını 2:0 önə keçirib. Nəticədə bu qol son Avropa çempionunun liqada 506 gündən sonra penaltidən savayı vurduğu ilk qol olub.
