“Fiorentina” komandasının futbolçusu Xuan Kuadrado gələn mövsüm komandadan ayrılacaq.
Korner.az-ın “Sky Sports”a istinadən verdiyi xəbərə görə, istedadlı yarımmüdafiəçi Florentina təmsilçisini tərk etsə də İtaliyada qalmağı düşünür. 26 yaşlı futbolçu ilə “Yuventus”, “Bavariya”, “Barselona” və “Mançester Yunayted” klubları ilə yanaşı “Roma” da maraqlanır.
Xatırladaq ki, kolumbiyalı yarımmüdafiəçi DÇ-2014-də 4 oyuna 4 qol ötürməsi ilə yadda qalıb.
