Krivotsyukun komandasından heç-heçə
10.07.2023 , 10:30
Cənubi Koreya çempionatında 21-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” doğma meydanda “Suvon”la qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Anton start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 59-cu dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 29 xalla 6-cı pillədə qərarlaşıb.