Krivotsyukun komandasından heç-heçə
08.10.2022 , 12:59
Polşa çempionatında XII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” səfərdə “Yagelloniya” ilə qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 62 dəqiqə mübarizə aparıb.
“Visla” 12 turdan sonra 21 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
