Krivotsyukun komandası məğlub oldu
20.05.2023 , 18:58

Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” doğma meydanda “Daoqu” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Krivotsyuk start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Daejeon” hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.
