Krivotsyukun komandası 1/16 finalda
01.09.2022 , 11:28

Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” səfərdə “Skra” ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Bununla da, komanda 1/16 finala yüksəlib.
Krivotsyuk bu matçda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
