Krivotsyuk oynamadı, komandası uduzdu
30.10.2022 , 12:36

Polşa çempionatında 15-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) doğma meydanda “Şlensk”lə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.
Millimizin üzvü sözügedən görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Visla” turnir cədvəlində hazırda 25 xalla 5-ci pillədə qərarlaşıb
