Kristos Mouzakitis Premyer Liqa klubuna keçir?
03.12.2025 , 23:30
“Olimpiakos”un gənc yarımmüdafiəçisi Kristos Mouzakitis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Mançester Yunayted” 18 yaşlı yunan futbolçunu transfer etmək niyyətindədir. Bu barədə “Daily Mail” nəşri xəbər yayıb.
“Qırmızı şeytanlar” uzun müddətdir ki, Mouzakitisin oyununu izləyir. Eyni zamanda, “Çelsi” və “Arsenal” da gənc oyunçu ilə maraqlanır.
Kristos Mouzakitis “Olimpiakos”un yetirməsi olub və Yunanıstan millisinin üzvüdür. Cari mövsümdə Pirey klubunun heyətində 16 rəsmi oyuna çıxan gənc yarımmüdafiəçi 2 məhsuldar ötürmə ilə yadda qalıb.