Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının 1/4 final mərhələsində sabah qarşılaşacaqları “Qalatasaray”la oyun haqda fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, "kral" klubunun ulduz futbolçusu sabahkı oyunda açıq futbolun da ola biləcəyini istisna etməyib:
"Qalatasaray"la oyunda açıq futbol gedə bilər. Çünki "Qalatasaray" çoxlu hücumlar edir ki, biz onlarda yaranacaq hər hansı bir boşluqdan düzgün istifadə edib, istədiyimiz nəticəni qazana bilərik. Ümid edirəm ki, Çempionlar Liqasında finala kimi irəliləyəcəyik. Qələbəyə lazımı potensialımız var. Ancaq bu məqsədə addım-addım getməliyik. Bu baxımdan “Qalatasaray”la oyun bizim üçün çox vacibdir".
