Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldo təxmini transfer qiymətindən danışıb. Korner.az-ın məlumatına görə, portuqaliyalı hücumçu İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi Aleks Ferqyusonun dediyi məbləğlə razılaşdığını açıqlayıb.
“Ferqyuson söyləmişdi ki, mənim müqavilə məbləğim 800 milyon funt sterlinq olmalıdır. Mən onunla tam razıyam. Şübhəsiz ki, bu qədər pula dəyirəm. Amma açığı, bu barədə heç düşünmürəm. Ferqyusona bu sözlərinə və birgə işimizə görə minnətdarlıq edirəm. Düzdür, artıq onunla işləməyəcəyəm. Çünki hazırda Joze Mourinyonun komandasındayam”.
