Kriştiano zədəsini sağaltdı
09.04.2019 , 16:41

“Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo zədəsini sağaldıb.
Portuqaliyalı futbolçu bu gün komanda ilə birlikdə məşqə çıxıb. Futbolçunun Çempionlar Liqasında “Ayaks”a qarşı keçiriləcək görüşdə meydana çıxa biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya milli komandasının heyətində Serbiya yığmasına qarşı görüşdə zədələnmişdi.
