Kriştiano Ronaldo zədəsi haqqında danışıb
26.03.2019 , 11:11

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Serbiya millisinə qarşı keçirilən görüş zamanı zədələnən Ronaldo vəziyyəto ilə bağlı danışıb.
Zədəyə görə narahat olmadığını deyən Ronaldo tezliklə qayıdacağını sözlərinə əlavə edib.
“Mən zədəyə görə narahat deyiləm. Sadəcə risk etmək istəmədim. Bu futboldur və hər şey baş verə bilər. İndi istirahət edəcəm və 1-2 həftəyə geri qayıdacağam.”
Qeyd edək ki, Kriştiano Ronaldo Serbiya ilə görüşün 31-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.
