Paulo Bentu Ronaldoya istirahət verdi
Dünən "Levante" ilə matçın 3-cü dəqiqəsində gözündən zədə alan Kriştiano Ronaldo Portuqaliya millisinin heyətindən çıxarılıb.
Korner.az-ın məlumatına görə, noyabrın 14-də Qabon seçməsi ilə qarşılaşacaq Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu müalicəsini davam etdirən Ronaldonu millinin heyətindən çıxardıb.
Qeyd edək ki, Ronaldo La Liqanın növbəti turu çərçivəsində baş tutan "Levante" ilə matçın 3-cü dəqiqəsində rəqib futbolçunun dirsək zərbəsinə tuş gəlmişdi. Bundan sonra isə, ulduz futbolçunun göz nahiyyəsi zədələnmişdi.
