Kriştiano Ronaldo: “Hələ görüləcək işlər qabaqdadır”
03.05.2019 , 11:51

“Yuventus” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Turin klubuna keçidindən sonra baş verən hadisələrlə bağlı danışıb.
Portuqaliyalı oyunçu yeni klubunda özünü heç kimdən üstün tutmadığını qeyd edib.
“Yeni bir kluba keçəndə özümü digərlərindən üstün tutmaq mənim iş əxlaqıma yaraşmaz. Onsuz da yaxşı olsam, bunu öz oyunum ilə göstərmiş olacam. Çempionlar Liqası və Qızıl Top mükafatnın 5 qat qalibiyəm. Hələ irəli də görüləcək çox işlərimiz var.”
Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsümün əvvəlində “Real”dan “Yuventus”a keçib.
