Kriştiano Ronaldo “Globe Prestige” mükafatına layiq görüldü
08.10.2025 , 11:35
Portuqaliya millisinin və “Əl-Nasr” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo “Portugal Football Globes 2025” mərasimində xüsusi mükafatla təltif olunub.
Korner.az xəbər verir ki, 40 yaşlı futbolçu Portuqaliya futbolunun inkişafına verdiyi töhfəyə görə “Globe Prestige” mükafatına layiq görülüb.
Mükafatı qəbul edən Ronaldo çıxışı zamanı deyib:
“Bilmirəm, bəlkə də bu mərasimlərdə məni görməkdən yorulmusunuz! Amma özümlə fəxr edirəm və xoşbəxtəm. Hesab edirəm ki, hələ də həm yığmaya, həm də futbola çox şey verə bilərəm.”
Qeyd edək ki, “Portugal Football Globes” mərasimində həm milli, həm də beynəlxalq arenada fərqlənən futbolçular təltif olunur. Tədbirin məqsədi Portuqaliya futbolunun irsini qorumaq, onun bu gününə hörmət göstərmək və gələcəyini formalaşdıranları təntənə ilə qeyd etməkdir.