İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) ulduz futbolçusu Kriştiano Ronaldonun adı doğulduğu şəhər olan Madeyrada yerləşən hava limanına verilib.
Korner.az-ın məlumatına görə, Madeyra Kriştiano Ronaldo hava limanındakı tədbirdə portuqaliyalı futbolçu, onun anası, oğlu və sevgilisi Georgina Rodrigez də iştirak etmişdi.
Son Avropa çempionu adının hava limanına verilməsini düzgün hesab etməyən bəzi siyasətçilər və qeyri – hökumət təşkilatları haqda danışıb: “Adımın hava limanına verilməsini doğru hesab etməyən bir çox insan var. Hətta bəziləri bu tədbirdə iştirak edir. Lakin azadıq, demokratik ölkədə yaşayırıq. Hər kəsin öz fikri var. Mən heç kimdən adımın hava limanına verilməsini istəməmişəm. Riyakar biri deyiləm. Bu gündən sonra artıq daha çox məsuliyyətim var. Başda Madeyra olmaqla Portuqaliyaya öz hörmətimi göstərmək üçün əlimdən gələni etməyə davam edəcəm. Potuqaliyalı olduğum üçün fəxr dirəm. Bu gün mənim üçün çox özəldi”.
