Milli komandamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblrindən olan Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapellonun köməkçiləri müəyyənləşib. Korner.az-ın məlumatına görə, şimal qonşumuz Bakıya 5 koməkçi məşqçi ilə gələcək Bunlar Oreste Çinkuni, Franko Tankredi, Massimo Neri, İtalo Qalbyati və Kristian Panuççidi.
Bununla yanaşı Kapelloya yerli Andrey Talalayev də kömək edəcək. O, məşqçi-tərcüməçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır.
