“Kristal Pelas”ın futbolçusu “Arsenal”ın hədəfində
01.07.2025 , 13:55

“Arsenal” “Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze ilə maraqlanır.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, 25 yaşlı futbolçunun xidmətində “Tottenhem”in də maraqlı olduğu iddia olunub.
London təmsilçisi oyunçu ilə ilkin danışıqlar aparsa da, “Kristal Pelas”ın tələb edəcəyi qiymət transferin taleyini müəyyən edəcək.
