“Kristal Palas” Saşa Boe üçün hərəkətə keçib
01.12.2025 , 16:00
“Kristal Palas” “Bavariya”da” çıxış edən sağ cinah müdafiəçisi Saşa Boe ilə maraqlandığı bildirilir.
Korner.az xəbər verir ki, baş məşqçi Oliver Qlasner fransalı oyunçunun oyun üslubunu bəyənir və onun transferini məqsədəuyğun hesab edir.
Xarici mətbuatın yaydığı xəbərlərdə, London təmsilçisinin artıq 25 yaşlı futbolçu üçün Münhen klubuna rəsmi təklif təqdim etdiyi qeyd olunur.
Boe 2024-cü ilin yanvarında “Qalatasaray”dan Almaniya nəhənginə 30 milyon avroya transfer olunmuşdu. Müdafiəçi cari mövsümdə 14 matçda iştirak edib və komandasına 1 məhsuldar ötürmə ilə töhfə verib.