Kresponun yeni klubu müəyyənləşdi
13.02.2021 , 13:30
Argentinalı mütəxəssis Ernan Kresponun yeni işi məlum olub.
Korner.az xəbər verir ki, o, bundan sonra Braziliyanın “San-Paulu” klubunu çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda Fernando Dinizi əvəzləyib.