Krespo yeni müqavilə imzalayacaq
19.05.2023 , 12:17
“Fənərbağça” müqaviləsi bitəcək futbolçularla danışıqlar aparır.
Korner.az xəbər verir ki, İstanbul klubu gələn mövsüm müqaviləsi bitəcək oyunçusu Migel Krespo ilə razılığa gəlib.
Krespo ilə yeni müqavilənin imzalanması və futbolçunun maaşının artırılması gözlənilir.
Təcrübəli futbolçunun hazırda bazar dəyəri 10 milyon avrodur.