Krespo karyerasını İspaniyada davam etdirə bilər
15.05.2023 , 10:21
“Fənərbağça”nın futbolçusu Migel Krespo komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu ilə İspaniya klubları maraqlanır.
2024-cü ildə müqaviləsi bitəcək 26 yaşlı yarımmüdafiəçi üçün La Liqa nəhəngləri “Malyorka” və “Atletiko Madrid” hərəkətə keçib.
Klub rəhbərliyi mövsümün sonunda İstanbul təmsilçisinin qapısını döyəcəyi gözlənilir.
“Fənərbağça”nın Krespo üçün təxminən 15 milyon avroluq transfer qiyməti təyin etdiyi bildirilir.