“Klivlend Kavalyers”in yeni oyunçusu Cey Krauderin Kevin Lavın əvəzləyicisi kimi oynayacağı gözlənilirdi. Amerika mətbuatının iddiasına görə, basketbolçu start heyətdə yer alacaq.
Krauder ağır forvard kimi (PF) komandasına kömək edəcək. Kevin Lav isə mərkəzdə (C) mübarizə aparacaq. Ayzeya Tomas zədəsini sağaldana qədər “Nyu-York Niks”dən gələn Derik Rouz “point guard”, “Çikaqo Buls”dan gələn Dueyn Ueyd “shooting guard”, Lebron Ceyms isə həmişəki mövqeyində (SF) mübarizə aparacaq.
Cey Krauder bu mövsüm “Boston Seltiks”dən Klivlendə gəlmişdi
