"Fənərbağça"nın "Yuventus"dan heyətinə qatdığı Miros Krasiç böyük bir kluba gəldiyini dilə gətirib.
Korner.az-ın məlumatına görə, hava limanına çatdığında ab-havanı hiss edərək necə klubun düşərgəsində olduğunu vurğulayan serb futbolçu, İstanbulda çox yaxşı qarşılandığını deyib:
"Yeni komandamın böyük hədəfləri var. İnşallah istəyimizə çatarıq. İlk öncə "Fənərbağça"dan təklif almışdım. "Yuventus"la, "Fənərbağça" arasında seçim etməli idim ki, bunu da etdim".
