Futbol

Kramarenkoya yeni müqavilə

15.05.2012 , 10:29

"Simurq" komandanın əsas qapıçısı Dmitri Kramarenko ilə yoluna davam edəcək. Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisi "İnter"lə müqaviləsi bitən və komanda da 6 aydır icarə əsasında oynayan təcrübəli qapıçı ilə yeni müqavilə bağlayıb. Müqavilənin detalları haqda məlumat verilmir. 

Qeyd edək ki, “Simurq” İlkin Qırtımov və Aleksandr Şemonayevun müqaviləsini uzadıb, İqor Tarasovla isə yollarını ayırıb.

Son yazılar

Yuxarı