"Simurq" daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb. Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisi ötən mövsüm qış "transfer pəncərəsi"ndə "İnter"dən icarə əsasında heyətinə qatdığı təcrübəli qapıçı Dmitri Kramarenko ilə rəsmi müqavilə imzalayıb. 2011/2012-ci il mövsümündə 14 qarşılaşmada "Simurq"un şərəfini qoruyan qolkiper növbəti futbol ilində də komandanın formasını geyinəcək.
Qeyd edək ki, Zaqatala təmsilçisi bu gün səhər saatlarında Türkiyəyə təlim-məşq toplanışına yollanır. Komanda iyulun 6-na qədər Kartəpədə hazırlıq prosesi keçəcək.
