“Fənərbağça”nın unudulmaz ulduzu Alex de Souza 37 yaşında futbolçu karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, Braziliya Liqasında “Bahia” ilə qarşılaşmadan əvvəl meydana hazırkı komandası “Koritiba” və bir vaxtlar şərəfini qoruduğu “Fənərbağça”nın bayraqları ilə çıxan Aleks bununla karyerasının iki mühüm klubuna təşəkkürünü izhar edib.
Matçdan 2 saat qədər əvvəl “tvitter” və “instaqram” hesablarından portuqalca və türkcə “Təşəkkürlər, futbol” yazan Aleks yaşıl meydanlarla vidalaşıb.
