“Kral klubu” səfərdə məğlub olub
Bu gün İspaniya La Liqasında X tur çərçivəsində baş tutan “Real Madrid” – “Jirona” qarşılaşması gözlənilməz nəticə ilə bitib. Belə ki, “Kral klubu” səfərdə 2-1 hesabı ilə məğlub olub. Onlar buraxılan iki topdan yalnız birinin əvəzini çıxa biliblər.
“Jirona” – “Real” – 2:1
Qollar: Stuani, 54, Portu, 58 – İsko, 12
Qeyd edək ki, “Real Madrid” 20 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.
