Futbol üzrə üçqat dünya çempionu Pele müalicə olunduğu xəstəxanadan evə buraxılacaq.
Korner.az-ın məlumatına görə, 74 yaşlı “Kral” iki həftə bundan əvvəl böyrək daşlarının çıxarılması üçün əməliyyat olunaraq evə buraxılsa da, iki gün sonra infeksiya səbəbilə yenidən xəstəxanaya aparılmışdı.
Bu müddətdə o, hemodializ prosesindən keçirilmiş və palataya köçürülmüşdü.
