Futbol

Kovaçiç millimizlə oyunu buraxacaq

02.09.2019 , 19:02

Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığması itki ilə üzləşib.

Korner.az xəbər verir ki, Matteo Kovaçiç zədəli olduğu üçün heyətdən kənarlaşdırılıb. “Çelsi”nin yarımmüdafiəçisi Azərbaycanla oyunları buraxacaq.

Kovaçiçin əvəzinə “Hayduk”un yarımmüdafiəçisi Miyo Caktaşa dəvət göndərilib.

Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

Son yazılar

Yuxarı