Koutinyoya Qətərdən təklif var
07.08.2023 , 14:30

Braziliyalı futbolçu Koutinyo karyerasını Qətərdə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi bu ölkənin adı açıqlanmayan klubundan təklif alıb. Təcrübəli futbolçu cəlbedici təklif alsa da, qərar verməkdə tələsmir.
“Sambaçı” 2022/23 mövsümündə “Aston Villa”nın heyətində 22 oyuna çıxıb, bir qol vurub.
