Liverpul”un braziliyalı futbolçusu Filippe Koutinyonun meneceri Kura Jurabşin Koutinyonun “Liverpul”da xoşbəxt olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, gənc futbolçunun meneceri Koutinyonun “Liverpul”u tərk etmək fikrində olmadığını vurğulayıb:
“Koutinyo “Liverpul”da xoşbəxtdir. Koutinyonun “Barselona”ya və digər komandalara transferi haqda çıxan xəbərlər şayiələrdən başqa bir şey deyil. Filippenin “Liverpul”u tərk etmək fikri yoxdur.
