Koutinyo: “Neymar ilə oynamaq qismət olmayıb”
20.04.2019 , 18:40

“Barselona” klubunun braziliyalı futbolçusu Felipe Koutinyo milli komanda da birlikdə oynadığı Neymar ilə bağlı danışıb.
Klub səviyyəsində birlikdə oynamadıqlarını deyən sambaçı buna görə təəssüfləndiyini bildirib.
“Neymar ilə uzun müddət yığmanın bir sıra yaş kateqoriyaları üzrə komandalarında çıxış etmişəm. Amma klub səviyyəsində onunla birgə çıxış etmək mənə hələ qismət olmayıb. Bu baş versəydi pis olmazdı”
Qeyd edək ki. Neymarın “Barselona” klubuna geri qayıtması ilə bağlı söhbətlər gündəmdədir.
