“Barselona”nın yeni transferi Filipe Koutinyo gələn həftə Kataloniya klubunda debüt edə bilər. Braziliyalı yarımmüdafiəçi ilk dəfə komanda ilə birlikdə məşqdə sona qədər iştirak edib.
Onun “Espanyol”la Kral Kubokunun 1/4 final mərhələsinin cavab matçında (ilk oyun – 0:1) meydana çıxacağı gözlənilir. Komandalar arasında cavab görüşü yanvarın 24-də “Nou Kamp”da keçiriləcək.
“Liverpul”dan transfer olunan Koutinyo bud nahiyyəsindəki zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalmışdı.
