Koutinyo əməliyyat olundu
25.04.2020 , 20:00

“Bavariya”nın futbolçusu Filippe Koutinyo əməliyyat olunub.
Korner.az xəbər verir ki, onun sağ ayağında ağrılar olduğundan cərrahi müdaxiləyə ehtiyac olub.
Futbolçunun iki həftə sonra bərpa prosesinə start veriləcəyi bildirilib.
Koutinyo müqavilə ilə “Barselona”ya məxsusdu. O, “Bavariya”da icarə əsasında çıxış edir.
