“Çelsi”nin hücumçusu Dieqo Kosta Londona qayıdıb.
28 yaşlı oyunçu 3 ay Braziliyada qaldıqdan sonra İngiltərənin paytaxtına dönüb.
“Çelsi”nin baş məşqçisi Antonio Kontenin əsas komandada görmək istəmədiyi D.Kosta əvəzəedici heyətlə məşq etməkdən imtina edib. O, London klubunun düşərgəsinə vaxtında qayıtmadığı üçün 300 min funt sterlinq məbləğində cərimələnib.
