“Çelsi”nin futbolçusu Dieqo Kostanın İngiltərə Liqa Kuboku yarımfinal matçında rəqib oyunçulara qarşı etdiyi kobud hərəkətlərə görə cəzalanacağı məlumdu.
Korner.az-ın məlumatına görə, ispan forvarda 3 oyunluq cəza verilə bilər. Daily Mail qəzetinin yazdıqlarına inansaq, təcrübəli hücumçu cəza alacağı təqirdə apelyasiyaya müraciət edəcək.
İngiltərə Futbol Federasiyası yaranan vəziyəti araşdırır. Veriləcək cəza müddəti yaxın günlərdə məlum olacaq.
