İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin futbolçusu Dieqo Kosta Çin klubuna transfer olub-olmayacağı ilə bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, “DIRECTV Sports” kanalına danışan İsaniya millisinin üzvü bu məlumatı təkzib edib:
“Karyeramla bağlı qərarları özüm verirəm. Sizi əmin edə bilərəm ki, mən “Tianjin Quanjian” klubu ilə razılıq əldə etməmişəm”.
Xatırladaq ki, son zamanlar hücumçunun “Tianjin Quanjian" ilə transfer məsələsində razılığa gəlməsi barədə xəbərlər yayılmışdı.
