Kosovonun millimizlə oyun üçün heyəti açıqlandı
03.09.2018 , 10:00

Kosovo millisinin UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Bernard Şallan 24 futbolçuya dəvət göndərib. Komandanın ulduz futbolçusu – “Latsio”da çıxış edən yarımmüdafiəçi Valon Berişa zədə səbəbində milliyə çağrılmayıb.
Qapıçılar: Samir Uykani (“Rizəspor”), Faton Maloku (“Kukesi”), Visar Bekay (“Priştina”);
Müdafiəçilər: Armi Rrahmani (“Dinamo”, Zaqreb), Fidan Aliti (“Skenderbeu”), Mergim Voyvoda (“Muskron”), Ardian İsmajli (“Hayduk”), Kastriot Dermaku (“Kosenza”), Leart Paqarada (“Sandhauzen”), Benjamin Kololli (“Sürix”), Jetmir Krasniqi (“Luqano”), Arbenit Xhemayli (“Ksamaks”);
Yarımmüdafiəçilər: Hekuran Kryeziu (“Sürix”), Herolind Şala (“Start”), İdriz Voka (“Lüzern”), Bernard Berişa (“Axmat”), Arber Zeneli (“Heerenveen”), Milot Reşika (“Verder”), Edon Zegrova (“Genk”), Bersant Kelina (“Suonsi”);
Hücumçular: Elbasan Raşani (“Odds”), Donis Avdiyay (“Villem II”), Vedat Muriqi (“Rizəspor”), Adhe Nuhiu (“Şeffield”).
Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.
