21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində səfərdə Azərbaycan millisi ilə qolsuz bərabərə qalan Kosovo yığmasının baş məşqçisi Rafet Prekazi oyunsonrası mətbuat konfransında iştirak etməyib
Buna səbəb onun türk dilini bilməməsi səbəb olub. Onu mətbuat konfransında türk dilini bilən köməkçisi Ərdoğan Çelina əvəz edib.
Kosovolu mütəxəssis öncə jurnalistlərin suallarını cavablandırıb: "Oyun çox yaxşı keçdi. Hər iki komanda yaxşı mübarizə apardı. Həm biz, həm də Azərbaycan yığması bundan əvvəlki matçda ağır məğlubiyyət aldı. Hər iki komanda bunu unutdurmaq istəyirdi. Oyun ərzində yaxşı qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Məncə, qeydə alınan nəticə hər iki tərəf üçün önəmlidi. Azərbaycan xalqına, federasiya rəhbərliyinə təşəkkür edirik, bizi çox yaxşı qarşıladılar. Biz də onları eyni cür qarşılayacağıq. Rəqibə qarşıdakı oyunlarda uğurlar diləyirəm".
– Oyun ərzində bir neçə dəfə hakimə etiraz etdiniz…
– Bu haqda danışmaq istəmirəm. Siz epizodları daha yaxşı gördünüz. Nəticəyə təsir edən qərar vermədi. Qırmızı vərəqələr də haqlı idi.
– Kosovo millisini bu qrupdakı əsas məqsədi nədi?
– İlk dəfə belə bir mübarizəyə qatılırıq. Öyrəşirik. Qarşıda daha yaxşı olacaq. Hələ təcrübəmiz yoxdu. Çox istedadlı uşaqlarımız var. Qarşıdakı illərdə daha güclü oyun göstərəcəyik.
qol.az
