İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” klubunun futbolçusu Loran Kosilni baş məşqçi Arsen Vengerlə bağlı danışıb.
Korner.az-ın məlumatına görə, fransız futbolçu həmyerlisinin gələn mövsümdə də komandaya baş məşqçilik etməsini istəyir:
“Ümid edirəm ki, “Arsenal”da qalar və müqaviləsinin müddəti uzadılar. 7 ildir ki, onunla birlikdə işləyirəm və ona çox böyük hörmətim var”.
Karyerasını təcrübəli baş məşqçiyə borclu olduğunu deyən müdafiəçi: “Arsen Venger “Arsenal”da oynamağım üçün mənə şans verən biridir. Bir oyunçu və kişi kimi formalaşmağımda mənə çox kömək edib. Karyeramı ona borcluyam”.
Xatırladaq ki, 31 yaşlı futbolçu bu mövsüm “Arsenal” forması ilə 31 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
