Körpü faciəsi “Milan”dan yan keçmədi
16.08.2018 , 20:06

İtaliya A Seriyasında 2018-2019 mövsümünün ilk turunun 2 oyunu təxirə salınıb
Avqustun 14-də Genuya şəhərindəki Morandi körpüsünün çökməsi nəticəsində baş vermiş faciəyə görə avqustun 19-a təyin olunan “Milan” – “Cenoa” və “Sampdoriya” – “Fiorentina” matçları keçirilməyəcək.
Rəhbərlik hazırda digər oyunların da başqa vaxta keçirilməsini müzakirə edir.
Qeyd edək ki, məlum faciə nəticəsində 38 nəfər dünyasını dəyişib.
