Korovanirusa görə Azərbaycan basketbol liqası da dayandırıldı
03.03.2020 , 15:06

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.
Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.
