Koronavirusa yoluxan sabiq “Liverpul”lu evə buraxıldı
12.04.2020 , 19:01

“Liverpul”un koronavirus pandemiyasına yoluxan sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş xəstəxanadan çıxıb.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Aprelin 10-da pandemiyaya yoluxduğu açıqlanan 69 yaşlı mütəxəssis xəstəxanaya yerləşdirilmişdi.
Artıq həkimlərin Kenninin evə getməsinə icazə verdiyi bildirilib.
