Koronavirusa yoluxan futbolçu sağaldı
14.04.2020 , 17:24

“Mançester Yunayted”in koronavirus pandemiyasına yoluxan sabiq futbolçusu Maruan Fellaini sağalıb.
Korner.az xəbər verir ki, Çinin “Şandun Lunen” klubunda çıxış edən yarımmüdafiəçi xəstəxanadan evə buraxılıb.
Futbolçunun tamamilə sağaldığı və məşqlərə başlamamışdan əvvəl 14 gün karantində qalmalı olduğu bildirilir.
