Koronavirusa görə mövsüm ləğv olundu
02.04.2020 , 16:18

Xorvatiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan basketbol üzrə 2019/20 mövsümü davam etdirilməyəcək.
Korner.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi açıqlamasında bildirilib.
Cari mövsümün ləğv olunduğu və hər hansı komandanın çempion elan olunmayacağı vurğulanıb.
