Koronavirusa görə İranda oyunlar təxirə salındı
05.03.2020 , 10:12

Koronavirus epidemiyasına görə İranda bütün futbol matçları ləğv olunub.
Korner.az-ın məlumatına görə, müvafiq qurumlar ölkədə sürətlə yayılmaqda olan bu xəstəliklə əlaqədar, yüksək liqa da daxil olmaqla bütün çempionatlarda oyunların martın 20-nə qədər təxirə salınmasına qərara veriblər.
Qeyd edək ki, İranda 3000-dən çox koronavirusa yoluxan varsa, azı 92 nəfər dünyasını dəyişib.
